"Qarabağ" komandası səfərdə "Sabah"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqası matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi Coni Montiel 25-ci dəqiqədə rəqib futbolçu Abdulah Xaybulayevlə mübarizədə ayağından zədələnib.
Oyunu davam etdirə bilməyən ispaniyalı legioneri monteneqrolu Marko Yankoviç əvəzləyib.
Qeyd edək ki, hazırda "Qarabağ" 1:0 hesabı ilə öndədir.










































































