"Qarabağ" komandası dekabrın 18-də Masazır qəsəbəsində "Sabah"a qarşı keçirdiyi oyuna təyin edilmiş vaxtdan gec gəlib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, buna yollardakı tıxac səbəb olub.
Əsasnaməyə görə, komandalar oyunun startına ən geci 75 dəqiqə qalmış stadiona gəlməlidir.
AFFA İntizam Komitəsi “Qarabağ”a bununla əlaqədar xəbərdarlıq edilib.
Qeyd edək ki, görüş "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1.














































































