AFFA İntizam Komitəsi II Liqada keçirilməli olan XIII turun “Qaradağ Lökbatan” – “Sheki City” oyunu ilə bağlı qərar verib.
Sportnet.az-ın məlumatına görə, “Sheki City” komandası görüşə gəlmədiyi üçün matç baş tutmayıb.
Nəticədə “Sheki City”yə 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda 1000 manat cərimələnib.












































































