Bu gün Afrika Millətlər Kubokuna start veriləcək.
Sportnet.az xəbər verir ki, açılış oyununda Mərakeş və Komor adaları milliləri qarşılaşacaq.
A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Bu qrupda Mali və Zambiya yığmaları da yer alır.
Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Turnirdə 24 milli komanda iştirak edir və onlar 6 qrupa bölünüb. Yarış 18 yanvaradək davam edəcək.
İştirakçı komandalardan bəzilərinin heyətində Azərbaycan Premyer Liqasında çıxış edən legionerlər də yer alıb.
Hazırkı Afrika çempionu Kot dİvuar millisidir.





































































