"Kəpəz" klubu iki futbolçusu ilə yolları ayırıb.
Bu barədə Sportnet.az xəbər verir ki,
Polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Pedru Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, hər iki futbolçu "Kəpəz"ə mövsümün əvvəlində cəlb olunmuşdu.





































































