UEFA 2026-cı il üçün Avropa futbolunda keçiriləcək bütün əsas turnirlərin oyun, püşkatma və final tarixlərini açıqlayıb. Azarkeşləri növbəti ildə də son dərəcə sıx və maraqlı futbol təqvimi gözləyir.
Qeyd edək ki, bütün tarixlər məlumat xarakterlidir və dəyişdirilə bilər.
2026-cı ilin UEFA finalları
7 fevral – Futzal üzrə Avropa çempionatı (Lyublyana, Sloveniya)
20 aprel – UEFA Gənclər Liqasının finalı (Nyon, İsveçrə)
10 may – UEFA Futzal Çempionlar Liqasının finalı (Pesaro, İtaliya)
17 may – Qadınlar arasında U-17 Avropa çempionatı (Şimali İrlandiya)
25 və ya 26 aprel / 2 və ya 3 may – Qadınlar arasında UEFA Avropa Kuboku
20 may – UEFA Avropa Liqasının finalı (İstanbul, Türkiyə)
23 may – Qadınlar arasında Çempionlar Liqasının finalı (Oslo, Norveç)
27 may – UEFA Konfrans Liqasının finalı (Leyptsiq, Almaniya)
30 may – UEFA Çempionlar Liqasının finalı (Budapeşt, Macarıstan)
7 iyun – U-17 Avropa çempionatı (Estoniya)
10 iyul – Qadınlar arasında U-19 Avropa çempionatı (Bosniya və Herseqovina)
11 iyul – U-19 Avropa çempionatı (Uels)
12 avqust – UEFA Superkuboku (Zaltsburq, Avstriya)
UEFA Çempionlar Liqası – əsas tarixlər
20/21 yanvar – Liqa mərhələsi, 7-ci tur
28 yanvar – Liqa mərhələsi, 8-ci tur
17–26 fevral – Pley-off mərhələsinin oyunları
10–19 mart – 1/8 final mərhələsi
7–15 aprel – 1/4 final mərhələsi
28 aprel – 6 may – Yarımfinal oyunları
30 may – Final (Budapeşt)
UEFA Avropa Liqası
22 və 29 yanvar – Liqa mərhələsinin son turları
19–26 fevral – Pley-off mərhələsi
12–19 mart – 1/8 final
9–16 aprel – 1/4 final
30 aprel – 7 may – Yarımfinal
20 may – Final (Beşiktaş Park, İstanbul)
UEFA Konfrans Liqası
19–26 fevral – Pley-off mərhələsi
12–19 mart – 1/8 final
9–16 aprel – 1/4 final
30 aprel – 7 may – Yarımfinal
27 may – Final (Leyptsiq)
Digər mühüm futbol hadisələri
FIFA Dünya Çempionatı – 11 iyun – 19 iyul (ABŞ)
UEFA Millətlər Liqası, AVRO-2028-in seçmə mərhələsi, həmçinin U-17, U-19 və U-21 turnirləri il boyu keçiriləcək
Yeni mövsüm üçün Avropa kuboklarının püşkatmaları – iyun–avqust aylarında baş tutacaq.







































































