İstanbul Prokurorluğu Türkiyə futbolunda qanunsuz mərclərlə bağlı aparılan istintaq çərçivəsində 29 nəfərin həbsinə order verib.
Sportnet.az TRT Haber-ə istinadən xəbər verir ki, şübhəlilər arasında 14 futbolçu da var.
Təqsirləndirilənlər siyahısında “Qalatasaray” klubunun keçmiş baş direktoru Erden Timur da yer alır.
Xatırladaq ki, daha əvvəl Türkiyə Futbol Federasiyası (TFF) qanunsuz mərclərlə bağlı epizodlar üzrə araşdırmalara start verib. Açılmış işlər çərçivəsində 1024 oyunçu yoxlamadan keçirilir. Onlardan 102 futbolçu 45 gündən 1 ilə qədər diskvalifikasiya olunub.
Ötən ay TFF prezidenti İbrahim Hacıosmanoğlu qanunsuz mərc işi nəticəsində ölkə xaricinə 50 milyard dollardan çox vəsaitin çıxarıldığını bəyan etmişdi.







































































