“Futbol+” qəzeti tarixində 27-ci dəfə ölkənin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.
Sportnet.az xəbər verir ki, futbol ictimaiyyətinin faktiki bütün təbəqələrini əhatə edən sorğuya 193 şəxs qatılıb.
Respondentlərə seçim üçün 10 futbolçu təklif olunub.
Sonda "Qarabağ"ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev 453 xalla ilin futbolçusu seçilib.
Onun komanda yoldaşlarından Bəhlul Mustafazadə 357 xalla 2-ci, Toral Bayramov 78 xalla 3-cü yeri tutub.









































































