Üç həftə əvvəl “Neftçi”nin baş məşqçisi təyin olunmuş Yuri Vernidub Yeni İli Azərbaycanda qarşılayıb.
Sportnet.az xəbər verir ki, sport.ua əməkdaşı ukraynalı mütəxəssisə Bakıdakı iş prosesi zamanı zəng edib.
Bununla belə, Vernidub Yeni İl mövzusunda ünvanlanan sualları cavablandırmağa razı olub:
– Neçə yaşınıza qədər Şaxta Babaya inanırdınız?
– (Gülür - red.) Artıq xatırlamıram. Bilirdim ki, yoxdur, amma inanırdım. Uzun müddət ona açıqcalar yazırdım və Şaxta Baba da istəklərimi yerinə yetirirdi. Tez-tez reallaşırdı? Demək olar ki, hər zaman.
– 2026-cı ildən həm Ukrayna vətəndaşı, həm də futbol məşqçisi kimi nə gözləyirsiniz?
– İstəyirəm ki, hər şey müsbət olsun. Ukrayna vətəndaşı kimi yalnız bir arzum var: sülh, xeyirxahlıq və qarşılıqlı anlaşma. Müharibə ilə bağlı bütün çətinliklərin sona çatmasını istəyirəm. Hazırda hər birimiz üçün ən vacib olan sülhə can atmaq və qələbəmizə inanmaqdır. Bütün Ukrayna vətəndaşlarına arzu edirəm ki, ölkələrini sevsin və dəyərləndirsinlər. Necə olmasından və onun haqqında nə deyilməsindən asılı olmayaraq, bu bizim Vətənimizdir. Bizim üçün o, vahid və bölünməz olmalıdır. Futbola gəlincə, Ukrayna millisinin 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını, klublarımızın isə avrokuboklarda uğurla çıxış etməsini arzulayıram. Çətinliklərə baxmayaraq, Ukrayna futbolu yaşayır. Əminəm ki, o yenidən dirçələcək və əvvəlki kimi beynəlxalq arenada sözünü deyəcək.












































































