“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə bağlı mümkün transferə münasibət bildirib.
Sportnet.az-ın Polşa mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi futbolçunun transfer qiymətini 7 milyon avro olaraq müəyyənləşdirib.
Bundesliqa nəhəngi “Borussiya Dortmund” maliyyə baxımından bu məbləği ödəməyə qadir olsa da, hazırda keçid məsələsi gündəmin əsas mövzusu deyil.
Qeyd olunur ki, Koxalskinin özü də tələsmir. Polşalı qapıçı Azərbaycanda özünü rahat hiss edir və ən azı 2025/26 mövsümünün sonuna qədər “Qarabağ”da qalmağı planlaşdırır.
Bu səbəbdən yaxın vaxtlarda Mateuş Koxalskinin transferinin reallaşması ehtimalı aşağı qiymətləndirilir.
















































































