"Turan Tovuz"un futbolçusu Aleks Souza Yaponiya “Kyoto”suna keçib.
Sportnet.az-ın Tovuz təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı hücumçunun transferi ilə bağlı razılıq əldə edib.
Tibbi müayinədən keçdikdən sonra braziliyalı forvard Yaponiya təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Xatırladaq ki, Aleks Souza 2024-cü ilin yanvarından çıxış etdiyi “Turan Tovuz” forması ilə Azərbaycan Premyer Liqasında 65 oyunda 16 qol vurub.









































































