Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar iki günü əhatə edəcək və heç biri Bakıda keçirilməyəcək.
Fevralın 4-də "Sumqayıt" "Zirə"ni, "Sabah" "Qəbələ"ni qəbul edəcək.
Ertəsi gün isə "Qarabağ" "Şamaxı"nın, "Kəpəz" "Turan Tovuz"un qonağı olacaq.
Bütün matçlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
4 fevral (çərşənbə)
17:00. “Sumqayıt” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”
5 fevral (cümə axşamı)
14:30. “Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu
19:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu
Qeyd edək ki, cavab görüşləri 3-4 martda keçiriləcək.









































































