“İmişli” futbolçusu İbrahim Əliyevlə yollarını ayırılıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Əliyevə göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Onun I Liqanın lideri "Şəfa"ya keçəcəyi gözlənilir.
Qeyd edək ki, İbrahim Əliyev mövsümün ilk yarısında "İmişli"də qalmaqalları ilə daha çox tanınıb. Onun komandası IV turda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlsə də, məhz özünün iştirak ərizəsində olmadığı halda, meydançaya buraxılması səbəbindən texniki məğlubiyyət alıb. XIV turda isə Əliyev yenə "Sumqayıt"la görüşdə iki kollektiv arasında kütləvi münaqişənin əsas səbəbkarı olub.











































































