"Karvan-Yevlax" daha üç futbolçu ilə yolları ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Nika Çaçaşvili, Qabil Əlizadə və Vitor Huqo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Daha əvvəl iranlı Səid İranxan da komandadan göndərilib.
Daha əvvəl "Karvan-Yevlax" “Səbail”dən müdafiəçi Emin Rüstəmovu, “Sabah”dan yarımmüdafiəçi Rauf Rüstəmlini, "Mingəçevir"dən Samir Abdullayevi heyətinə cəlb edib.











































































