Azərbaycan millisinin daha bir qadın futbolçusu yenidən legioner həyatı yaşayacaq.
Sportnet.az-ın məlumatına görə, bu, Coşqunə Əliyevadır.
23 yaşlı yarımmüdafiəçi "Neftçi"dən Türkiyənin “Qaziantep” klubuna transfer olunub.
Qeyd edək ki, daha əvvəl Azərbaycan millisinin müdafiəçisi Nigar Mirzəliyeva Rusiya "Zenit"indən Almaniya "Hamburq"una keçib.


















































































