AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
Sportnet.az-ın məlumatına görə, Həsənov iki beynəlxalq dərəcəli hakimin yanlış qərarlar verdiyini təsdiqləyib.
Bunlardan biri Rauf Cabarovun "Araz-Naxçıvan" - "Neftçi" matçı zamanı meydan sahiblərinin, digəri isə "Qarabağ" - "Turan Tovuz" oyununda qonaqların futbolçusuna təcavüzkar davranışına görə qırmızı vərəqənin göstərilməməsi ilə bağlıdır.














































































