Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Milan Şkrinyar Peşəkar Futbol İntizam Komitəsinə cəlb edilib.
Sportnet.az-ın məlumatına görə, buna slovakiyalı mərkəz müdafiəçisinin Super Liqada "Kocaelispor"a qarşı XX turun səfər matçında qol vurduqdan sonra azarkeşlərə yönəlmiş davranışı səbəb olub.
Ona "təhqir" maddəsi ilə iş açılıb.
Şkrinyarın günahı sübuta yetirilsə, 2 oyundan 7 oyunadək cəza verilə bilər.
Qeyd edək ki, oyun "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 2:0.













































































