"Qarabağ" Azərbaycan Premyer Liqasında XXI tur matçının təxirə salınması xahişi ilə "Neftçi"yə müraciət edib.
Bu barədə Sportnet.az-a "ağ-qaralar"ın mətbuat katibi Asəf Zeynallı açıqlama verib.
"Bizim bu mövsümlə bağlı hədəflərimiz var, hazırlıq planı qurulub. Mövsümün həlledici mərhələsinə qədəm qoymuşuq. Hər qarşılaşma bizim üçün önəmlidir. İndiki halda hər hansı dəyişiklik və ya təxirəsalınma bu planların pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən məqsədə uyğun gördük ki, oyun əvvəlcədən təqvimlə nəzərdə tutulmuş tarixdə keçirilsin", - deyə o bildirib.
"Qarabağ" fevralın 18-də İngiltərə "Nyukasl"ını UEFA Çempionlar Liqasının ilk pley-off matçında qəbul edəcək. Cavab görüşü isə fevralın 24-də səfərdə olacaq. Peşəkar Futbol Liqasının açıqladığı proqrama əsasən, Ağdam komandası "Neftçi" ilə fevralın 21-də "Palms Sports Arena"da üz-üzə gəlməlidir. Qarşılaşma saat 19:00-da başlanacaq.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl" ilə oyunlar arasında cəmi 6 günlük fərqin olduğunu və sıx qrafiki nəzərə alaraq, "Neftçi" ilə oyunun təxirə salınması xahişi ilə müraciət edəcəklərini açıqlayıb.












































































