Braziliyanın “Kruzeyro” klubunun gənclər komandasında çıxış etmiş futbolçu Joao Vitor da Silva Santos 22 yaşında dünyasını dəyişib.
Sportnet.az xəbər verir ki, bu barədə oyunçunun vaxtilə formasını geyindiyi “Atletik” klubunun mətbuat xidməti məlumat yayıb.
Vitao ləqəbi ilə tanınan Joao Viktor yanvarın 11-də bayram tədbiri zamanı təsadüfi atəş nəticəsində ağır xəsarət alıb. Futbolçu üç həftə koma vəziyyətində qaldıqdan sonra Braziliyanın şimal-şərqində yerləşən Alaqoas ştatındakı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Joao Viktor Braziliyanın “San-Bernardo” klubunda da çıxış edib.










































































