Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyununa yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Turan Tovuz" "Karvan-Yevlax"ı sınağa çəkib.
Görüş Tovuz komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 15-ci dəqiqədə penaltidən Alexandro Serrano vurub.
Bununla da xalını 33-ə çatdıran "Turan Tovuz" yenidən 3-cü pilləyə yüksəlib. 6 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-ci pillədə qərarlaşıb.
-----------------
Azərbaycan Premyer Liqasında XIX turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Kəpəz" komandaları üz-üzə gəlib.
Matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Bununla da xalını 19-a çatdıran "İmişli" 9-cu, 13-cü xalını qazanan "Kəpəz" 11-ci pillədə qalıb.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIX turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar debütantların iştirakı ilə gerçəkləşəcək.
Əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Kəpəz" komandaları üz-üzə gələcək. Saat 14:30-da başlanacaq görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.
Hazırda "İmişli" 18 xalla 9-cu, "Kəpəz" 12 xalla 11-ci yerdə gedir. Bu komandalar indiyədək cəmi bir dəfə üz-üzə gəliblər. İlk dövrədəki matçda “İmişli” səfərdə quru hesabla qalib gəlib - 3:0.
Günün digər oyunu isə "Azersun Arena"da "Turan Tovuz" və "Karvan-Yevlax" arasında olacaq. Baş hakim Vüqar Həsənlinin idarə edəcəyi görüş saat 18:30-da başlanacaq. Tovuz təmsilçisi 17 oyundan 30 xalla 4-cü, Yevlax klubu 18 oyundan 6 xalla sonuncu - 12-ci yerdə gedir.
İlk dövrədəki matçda "Turan Tovuz" səfərdə qələbə qazanıb - 2:1.
Azərbaycan Premyer Liqası, XIX tur
9 fevral (bazar ertəsi)
14:30. “İmişli” – “Kəpəz” - 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: İmanxan Sulatni
AFFA nümayəndəsi: Seymur Səlimli
Quba OİK stadionu
18:30. “Turan Tovuz” – “Karvan-Yevlax” - 1:0
Qol: Alexandro Serrano, 15 (pen.)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”
Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1, "Zirə" səfərdə "Sumqayıt"ı 3:2 hesabı ilə yenib. Tura fevralın 10-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Neftçi" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.
















































































