Azərbaycan Premyer Liqasında XIX turun son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Palms Sports Arena"da "Neftçi" "Qəbələ"ni qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu kapitan Emin Mahmudov 12-ci dəqiqədə vurub.
Bununla da xalını 27-yə çatdıran "Neftçi" eyni xala malik "Araz-Naxçıvan"la 6-7-ci yerləri bölüşür. "Qəbələ" isə 14 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Araz-Naxçıvan"a 4:1, "Turan Tovuz" "Karvan-Yevlax"a 1:0, "Zirə" səfərdə "Sumqayıt"a 3:2, "Qarabağ" "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəlib. "İmişli" - "Kəpəz" matçı isə heç-heçə ilə yekunlaşıb - 0:0.
----------------------
Azərbaycan Premyer Liqasında XIX turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Şamaxı" "Qarabağ"ı qəbul edib.
Şamaxı şəhər stadionunda qarlı hava şəraitində təşkil olunmuş matç nəzərdə tutulduğundan 20 dəqiqə gec başlayıb. Görüş Ağdam təmsilçisinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Oruc Məmmədov açıb.
Bundan cəmi 4 dəqiqə sonra Coni Montiel cərimə zərbəsi ilə bərabərliyi təmin edib. 90+4-cü dəqiqədə isə Montielin ötürməsindən sonra Kamilo Duran qələbə topunu vurub.
Bununla da "Qarabağ" xalını 42-yə çatdırıb və lider "Sabah"la 4 xallıq fərqi qoruyub. "Şamaxı" isə 23 xalla 8-ci pillədə yer alıb.
------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIX turun son oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar böyük tarixə malik komandaların iştirakı ilə gerçəkləşəcək.
Əvvəlcə "Şamaxı" və "Qarabağ" kollektivləri üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.
Hazırda "Qarabağ" 18 oyundan 39 xalla turnir cədvəlində 2-ci, "Şamaxı" 23 xalla 8-ci yerdə gedir.
Bu, iki komanda arasında son 5 gündə ikinci görüş olacaq. Fevralın 5-də Şamaxı şəhər stadionunda keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Şamaxı" qələbə qazanıb - 2:1.
Azərbaycan çempionatlarında bu kollektivlər 80-ci dəfə üz-üzə gələcələr. Əvvəlki oyunların 13-də "Şamaxı", 41-də "Qarabağ" qalib gəlib, daha 25-i heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Ağdam komandası xeyli öndədir - 115:46. “Şamaxı” son 24 görüşdə qələbə qazanmayıb. “Qarabağ” axırıncı 4 səfərdə quru hesabla qalib gəlib.
Turun son matçı isə "Palms Sports Arena"da "Neftçi" və "Qəbələ" arasında olacaq. Daha bir FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:00-da start götürəcək.
Hazırda 24 xalla 7-ci pillədə olan "ağ-qaralar" qələbə qazansalar, 6-cı sıradakı "Araz-Naxçıvan"la xallarını bərabərləşdirəcəklər. 14 xalla 10-cu mövqedə olan və qış fasiləsindən sonra uduzmayan "qırmızı-qaralar" qalib gəlsə, özündən irəlidəki "İmişli" ilə xal fərqini 2-yə endirəcək.
Hər iki kollektiv qış fasiləsindən sonra uduzmayıb. "Neftçi" çempionatdakı 2 oyununun 1-də qələbə, 1-də heç-heçə edibsə, "Qəbələ" görüşlərindən qələbə ilə ayrılıb.
Tarixə nəzər salsaq, bu, komandaların 65-ci "duel"i olacaq. Əvvəlki oyunların 32-dən "Neftçi", 18-dən "Qəbələ" qələbə ilə ayrılıb, 14 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar"ın üstünlüyü var - 97:70. “Qəbələ” son 5 matçda xal qazanmayıb. “Neftçi” axırıncı 14 ev oyununda qol vurub.
Azərbaycan Premyer Liqası, XIX tur
10 fevral (çərşənbə axşamı)
14:30. “Şamaxı” – “Qarabağ” - 1:2
Qollar: Oruc Məmmədov, 14 - Joni Montiel, 18. Kamilo Duran, 90+4
Sarı vərəqələr: Alfons Msanqa, 59 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 90+2 (qeyriidman hərəkəti); Arsen Ağcabəyov, 90+5 (hakimin qərarına etiraz) // Bəhlul Mustafazadə, 40 (qeyri-idman hərəkəti); Joni Montiel, 56 (qeyri-idman hərəkəti); Mateus Silva, 63 (qeyriidman hərəkəti); Kamilo Duran, 90+5 (qeyri-idman hərəkəti)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı şəhər stadionu, 900 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov (21. Bilal İsmayılov, 90+1) 82. Rüfət Abbasov 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 84) 10. Andrey Tirkoveanu (7. Edqar Adilxanov, 46) 11. Dioqo Balau (48. Ramiz Muradov, 90+1) 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa (27. Emil Süleymanov, 84)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev (27. Toral Bayramov, 65) 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes (22. Musa Qurbanlı, 65) 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
19:00. “Neftçi” – “Qəbələ” - 1:0
Qol: Emin Mahmudov, 12
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" evdə "Araz-Naxçıvan"a 4:1, "Turan Tovuz" "Karvan-Yevlax"a 1:0, "Zirə" səfərdə "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəlib. "İmişli" - "Kəpəz" matçı isə heç-heçə ilə yekunlaşıb - 0:0.



















































































