"Açığı, belə bir söhbət var idi. Yazılanlar ortadadır. Son anda bu cür qərar verdim".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çinin “Şençjen Penq Siti” komandasına baş tutmayan transferi barədə danışarkən deyib.
Təcrübəli müdafiəçi hələlik məsələnin yekunundan xəbərsiz olduğunu bildirib: "Açığı, çox da maraqlanmıram. Fikrim bu oyunlardadır. Qarşıdakı matçlarda uğurlu nəticələr qazanmaq istəyirik. Sonrası haqqında məlumatım yoxdur. Bu söhbətlər haqqında o qədər də məlumatım yoxdur. Təklif var idi. Sonda qərar qəbul olundu və indiki vəziyyətdə bu barədə düşünmürəm".
Mustafazadə baş məşqçi Qurban Qurbanovun onun tərəfində durduğuna dair açıqlamasına da reaksiya verib: "Mənim tərəfimdə durdu və belə bir qərar qəbul etdim. Açığı, artıq bu barədə çox danışmaq istəmirəm. Qərar verilib, fikrimiz gələn oyunlardadır".












































































