Rusiya "Lokomotiv”inə məxsus olan futbolçu Mark Rene Mampassi carə əsasında mövsümün sonunadək "Turan Tovuz"un şərəfini qoruyacaq.
Sportnet.az Tovuz təmsilçisinin rəsmi saytına istinadən xəhər verir ki, Ukrayna “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı müdafiəçi karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.
Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.
Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.










































































