Bu gün UEFA Millətlər Liqasının 2026/2027 mövsümü üçün püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Turnirdə UEFA-nın 54 üzv assosiasiyası iştirak edəcək. Komandalar reytinqə əsasən A, B, C və D liqalarına bölünüb.
Format necə olacaq?
A, B və C liqalarının hər birində 16 komanda yer alacaq. Bu komandalar dörd səbətə bölünəcək və hər liqada dörd qrup formalaşdırılacaq. Qrupların hər birində dörd komanda mübarizə aparacaq və hər kollektiv 6 oyun (3 ev, 3 səfər) keçirəcək.
D Liqasında isə 6 komanda çıxış edəcək. Onlar 2 qrupa bölünəcək və hər qrupda 3 komanda yer alacaq. Bu liqada hər yığma 4 oyun keçirəcək.
Azərbaycan D Liqasında
Azərbaycan millisi 2026/2027 mövsümündə D Liqasında çıxış edəcək. Komanda birinci səbətdə yer alıb. Həmin səbətdə Litva, eləcə də Cəbəllütariq və ya Latviya, Malta və ya Lüksemburq (C/D pley-offlarının nəticəsindən asılı olaraq) qərarlaşacaq.
D Liqasının ikinci səbətində isə Lixtenşteyn və Andorra yer alıb.
Səbətlər (əsas liqalar)
A Liqası
1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya
2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya
3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç
4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə
B Liqası
1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail
2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna
3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya Respublikası, Rumıniya
4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo
C Liqası
1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan
2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan
3-cü səbət: Belarus, Farer adaları, Kipr, Estoniya
4-cü səbət: Latviya və ya Cəbəllütariq, Lüksemburq və ya Malta, Moldova, San-Marino
Xüsusi məhdudiyyətlər
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Bosniya və Herseqovina ilə Kosovo eyni qrupa düşə bilməz. Bundan başqa, uzun məsafəli səfərlər və sərt qış şəraiti ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Oyun təqvimi
Liqa mərhələsinin oyunları aşağıdakı tarixlərdə keçiriləcək:
I tur: 24–26 sentyabr 2026
II tur: 27–29 sentyabr 2026
III tur: 30 sentyabr – 3 oktyabr 2026
IV tur: 4–6 oktyabr 2026
V tur: 12–14 noyabr 2026
VI tur: 15–17 noyabr 2026
A Liqasının 1/4 final mərhələsi və A/B, B/C pley-off oyunları 25–30 mart 2027-ci ildə keçiriləcək. Final mərhələsi isə 9–13 iyun 2027-ci il tarixlərində baş tutacaq.
C/D liqalarının pley-off qarşılaşmaları 23–28 mart 2028-ci ildə oynanılacaq.






































































