Bu gün keçirilən UEFA-nın 50-ci Konqresində Avropa ölkələrində dünyasını dəyişmiş futbol ailəsi üzvlərinin xatirəsi yad olunub.
Sportnet.az-ın məlumatına görə, 55 üzv ölkə arasında Azərbaycandan da dünyasını dəyişənlər yad olunanlar siyahısında yer alıb.
Bunlar "Turan Tovuz"un İdarə Heyətinin üzvü Yaşar Sultanov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, qusarlı məşqçi, "Şahdağ Qusar"ın sabiq futbolçusu Şərafəddin Məmmədov və "Zirə"nin dənizdə batan U-16 komandasının futbolçusu Fərid Şahverdiyev olub.
Xatırladaq ki, UEFA Konqresində AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov iştirak edirlər.







































































