"Yaxşı oynadıq və istədiyimiz üç xalı qazandıq. Futbolçularım döyüşürdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var ki, işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, hamı bu gün can yandırırdı".
Sportnet.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko "Sumqayıt"a qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis bir sistem üzərində çalışdıqlatərını bildirib: "Vacibi odur ki, futbolçularda istəyi gördük. Hamısı motivasiyalıdır, özgüvənləri yerindədir".













































































