Azərbaycan Premyer Liqasında XX turun “İmişli” ilə oyununda “Qarabağ”ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Premyer Liqada 40-cı dəfə fərqlənib.
Qurbanlı buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65 - 69-cu yerləri bölüşür.
Premyer Liqada iki klubda çıxış edən hücumçu “Qarabağ”da 88 oyunda 39, “Zirə”də 9 matçda 1 dəfə fərqlənib.
Qeyd edək ki, Musa Qurbanlı 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels (“Sabah”) buna nail olub.














































































