UEFA Çempionlar Liqasının pley-off mərhələsinin İngiltərə "Nyukasl"ı ilə "Qarabağ" arasındakı cavab arşılaşmasından öncə mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda baş tutacaq.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, media nümayəndələri üçün açıq məşq fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq
Qeyd edək ki, fevralın 24-də İngiltərədə, "Sent Ceyms Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.





































































