Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, debütant "Karvan-Yevlax" ötən mövsüm 3-cü yeri tutmuş "Araz-Naxçıvan"ı qəbul edib.
Yevlax şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Felipe Santos vurub. Santos 32-ci dəqiqədə hesabı açıb, 50-ci dəqiqədə isə baş hakim İnqilab Məmmədovun təyin etdiyi penaltini dəqiq yerinə yetirib.
Bununla da "Araz-Naxçıvan" xalını 33-ə çatdıraraq, 5-ci pilləyə yüksəlib.
"Karvan-Yevlax" isə 6 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
İki kollektivin ilk dövrədəki qarşılaşmasında "Araz-Naxçıvan" ev qələbəsi qazanıb - 2:1.
Azərbaycan Premyer Liqası, XXI tur
21 fevral (şənbə)
14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan” - 0:2
Qollar: Felipe Santos, 32; 51 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax şəhər stadionu
Qeyd edək ki, turun ilk oyunlarında "Turan Tovuz" "Zirə"ni 2:0 hesabı ilə yenib, "Sumqayıt" - "Qəbələ" matçı isə qolsuz yekunlaşıb - 0:0. Yanvarın 22-də "İmişli" - "Şamaxı" və "Sabah" - "Kəpəz" görüşləri keçiriləcək. Bu gün keçirilməli olan "Neftçi" - "Qarabağ" oyunu isə təxirə salınıb.

















































































