İngiltərənin "Nyukasl" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, mərkəz müdafiəçisi Malik Tşau cəza üzündən qarşıdakı oyunu buraxmalı olacaq.
25 yaşlı futbolçu Çempionlar Liqasında üçüncü sarı vərəqəsini Azərbaycan təmsilçisi ilə fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş ilk matçda alıb. Almaniya millisinin stopperi 76-cı dəqiqədə hücuma çıxan Kamilo Duranın qarşısını kobudluqla kəsdiyi üçün cəzalandırılıb.
8-ci dəqiqədə isə Tşau komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, "Nyukasl" və "Qarabağ" arasında cavab görüşü fevralın 18-də "Sent Ceyms Park"da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk oyun İngiltərə klubunun qələbəsi ilə yekunlaşıb - 6:1.














































































