"Birinci məsələ hakimlərlə bağlıdır. Hakimlər dəyişməlidir. Bu, ilk amildir".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Vensan Abubakar klub televiziyasına müsahibəsində Azərbaycanda futbolun inkişafı üçün bir şeyi dəyişmək imkanınız olsa, nəyi dəyişərdiniz?" sualına cavab olaraq deyib.
Kamerunlu ulduzun fikrincə, Premyer Liqada hakimlik müasirləşməlidir.
34 yaşlı forvard azarkeş amilinə də diqqət çəkib: "İkinci məsələyə gəlincə, məncə, stadionda daha çox azarkeş olmalıdır. Komandanı dəstəkləmək üçün daha çox azarkeş lazımdır. İkincisi isə stadionda daha çox azarkeş olmalıdır ki, futbolçulara daha çox sevinc və emosiyalar versin".
"Düşünürəm ki, bunlar müsbətə doğru dəyişsə, liqa da dəyişəcək. Sadəcə bu", - deyə Abubakar vurğulayıb.
Xatırladaq ki, Vensan Abubakar 2025-ci il oktyabrın 21-dən "Neftçi"də çıxış edir.














































































