Azərbaycan Premyer Liqasında XXI turun növbəti oyunu "Sabah" və "Kəpəz" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumaatına görə, "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Kahim Parris vurub.
90+9-cu dəqiqədə "Kəpəz"in futbolçusu Şakir Seyidov sərt oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, xalını 52-yə çatdıran "Sabah" liderliyini möhkəmlədib və ən yaxın izləyicisi "Qarabağ"ı 7 xal geridə qoyub. Lakin Ağdam təmsilçisinin bu tur "Neftçi"yə qarşı oyunu təxirə salınıb.
"Kəpəz" isə 13 xalla 11-ci pillədə yer alıb.
XXI turun digər görüşlərində "Turan Tovuz" evdə "Zirə"ni, "Araz-Naxçıvan" səfərdə "Karvan-Yevlax"ı eyni hesabla yenib - 2:0. "Sumqayıt" - "Qəbələ" və "İmişli" - "Şamaxı" oyunları isə qolsuz yekunlaşıb - 0:0.
-----------------
Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Şamaxı" komandaları üz-üzə gəlib.
Görüş qolsuz yekunlaşıb - 0:0.
Bununla da "İmişli"nin qələbəsiz oyunlar seriyası 9-a, qol vurmadığı ardıcıl qarşılaşmalar isə 3-ə çatıb.
"Şamaxı" isə son 3 oyunda qələbə üzünə həsrət qalıb və ardıcıl 2 matçını 0:0 hesablı heç-heçə ilə tamamlayıb.
Hazırda "Şamaxı" 25 xalla 8-ci, "İmişli" 20 xalla 9-cu yerdə gedir.
-------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Şamaxı" komandaları üz-üzə gələcək.
Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 14:30-da başlanacaq.
Hazırda bu komandalar turnir cədvəlində qonşu pillələrdə yer alıblar. "Şamaxı" 20 oyundan 24 xalla 8-ci, "İmişli" 19 xalla 9-cu yerdə gedir. Matçın nəticəsi komandaların turnir cədvəlindəki mövqelərinə təsir göstərməyəcək. Çempionatın debütantı ilə ilk dövrənin oyununda "Şamaxı" evdə qələbə qazanıb - 1:0.
Günün digər görüşü isə "Bank Respublika Arena"da "Sabah" və "Kəpəz" arasında gerçəkləşəcək. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 17:00-da başlanacaq.
Hazırda "Sabah" 20 oyundan 49 xalla 1-ci, "Kəpəz" isə 13 xalla 11-ci pillədə qərarlaşıb. Əvvəlki 13 oyunun 8-də Masazır, 2-də Gəncə təmsilçisi qələbə qazanıbsa, daha 3-ü heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Sabah"ın ikiqat üstünlüyü var - 31:16. “Kəpəz” son 7 oyunda qol vurub. Gəncə klubunun son 3 ev matçında 4 və ya daha çox qol olub.
Azərbaycan Premyer Liqası, XXI tur
22 fevral (bazar)
14:30. “İmişli” – “Şamaxı” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Quba OİK stadionu
17:00. “Sabah” – “Kəpəz” - 1:0
Qol: Kahim Parris, 87
Qırmızı vərəqə: Şakir Seyidov, 90+9 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" evdə "Zirə"ni, "Araz-Naxçıvan" səfərdə "Karvan-Yevlax"ı 2:0 hesabı ilə yenib, "Sumqayıt" - "Qəbələ" matçı isə qolsuz yekunlaşıb - 0:0. Yanvarın 21-də keçirilməli olan "Neftçi" - "Qarabağ" oyunu isə təxirə salınıb.
















































































