İngiltərədə "Nyukasl" və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünün təyinatları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma İtaliyadan olan hakimlərə tapşırılıb.
Görüşün baş hakimi Davide Massa olacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
Qeyd edək ki, fevralın 24-də "Sent Ceyms Park"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. İlk matçda "Nyukasl" qalib gəlib - 6:1.












































































