UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk 4 cavab oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk matç İspaniyada "Atletiko Madrid" və Belçika "Brügge"si arasında olub.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Qollardan 3-nü norveçli hücumçu Alesander Sörlot vurub.
Bu komandaların ilk görüşü 3:3 hesablı heç-heçə ilə yekunlaşdığından, 1/8 finala vəsiqəni "Atletiko" əldə edib.
Sörlotun vətəni Norveçi təmsil edən "Budö Qlimt" isə sensasiyaya imza atıb. Kyetil Knutsenin baş məşqçi olduğu kollektiv Çempionlar Liqasının son finalçısı İtaliya "İnter"ini mübarizədən kənarlaşdırıb. İlk görüşdən 3:1 hesablı qələbə ilə ayrılmış "Budö Qlimt" səfər oyununda da qalib gəlib - 2:1.
Norveç klubu 1/8 finalda İngiltərənin "Mançester Siti" və ya Portuqaliyanın "Sportinq" komandası ilə üz-üzə gələcək.
Almaniyada "Bayer" və Yunanıstan "Olimpiakos"u arasında keçirilmiş cavab görüşü isə qolsuz yekunlaşıb - 0:0. İlk oyunda 2:0 hesablı qələbə qazanmış "Bayer" adını 1/8 finala yazdırıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
24 fevral
21:45. "Atletiko Madrid" (İspaniya) - "Brügge" (Belçika) - 4:1
Qollar: Aleksander Sörlot, 23; 76; 87. Conni Kardozo, 48 - Xoel Ordonyes, 36
İlk görüş - 3:3
00:00. "Nyukasl" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 3:2
Qollar: Sandro Tonali, 4. Joelinton, 6. Sven Botman, 52 - Kamilo Duran, 51. Elvin Cəfərquliyev, 57
İstifadə olunmamış penalti: Marko Yankoviç, 57 ("Qarabağ")
İlk görüş - 6:1
00:00. "İnter" (İtaliya) - "Budö Qlimt" (Norveç) - 1:2
Qollar: Alessandro Bastoni, 76 - Yens Petter Höuqe, 58. Hokon Evyen, 72
İlk görüş - 1:3
00:00. "Bayer Leverkuzen" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) - 0:0
İlk görüş - 2:0.
Qeyd edək ki, pley-off mərhələsinin daha 4 cavab görüşü
















































































