"Turan Tovuz"un Tovuz şəhər stadionuna qayıdış tarixi açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu, martın 21-də baş verəcək.
Həmin gün yerli komanda Azərbaycan Premyer Liqasının XXV tur matçında "Qəbələ"ni qəbul edəcək.
Hazırda ot örtüyündəki problemlərlə əlaqədar bərpa prosesində olan stadiona Peşəkar Futbol Liqasının nümayəndələri baxış keçirəcəklər. Qiymətləndirmə müsbət olsa, oyunun məhz Tovuz şəhər stadionunda təşkili rəsmiləşəcək.
Matçın startı saat 16:00-a təyin olunub.












































































