Bu gün UEFA Çempionlar Liqasında 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
İki oyunluq pley-off mərhələsinin səkkiz qalibi 1/8 final püşkatmasında liqa mərhələsinin ilk səkkiz komandasına qoşulacaq. Liqa mərhələsinin ilk səkkizliyi birbaşa 1/8 finala vəsiqə qazıb.
Komandaların adları fevralın 25-də keçirilmiş pley-off oyunlarından sonra müəyyənləşib.
Səpələnmişlər:
"Arsenal" (İngiltərə)
"Bavariya" (Almaniya)
"Liverpul" (İngiltərə)
"Tottenhem" (İngiltərə)
"Barselona" (İspaniya)
"Çelsi" (İngiltərə)
"Sportinq" (Portuqaliya)
"Mançester Siti" (İngiltərə)
Səpələnməmişlər
"Real Madrid" (İspaniya)
PSJ (Fransa)
"Nyukasl" (İngiltərə)
"Atletiko Madrid" (İspaniya)
"Atalanta" (İtaliya)
"Bayer Leverkuzen" (Almaniya)
"Qalatasaray" (Türkiyə)
"Budö Qlimt" (Norveç)
10/11 və 17/18 martda 1/8 final, 7/8 və 14/15 apreldə 1/4 final, 28/29 aprel və 5/6 mayda yarımfinal görüşləri olacaq.
Final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.













































































