2026-cı il dünya çempionatının qitələrarası pley-off mərhələsinin yarımfinal oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Boliviya Surinamla qarşılaşmada qələbə qazanıb - 2:1.
Yeni Kaledoniya isə Yamaykaya uduzub - 0:1.
Beləliklə, aprelin 1-də keçiriləcək final matçlarında Yamayka Konqo Demokratik Respublikası yığmasının, Boliviya isə İraq millisinin qonağı olacaq. Bu görüşlərin qalibləri dünya çempionatına vəsiqə qazanacaqlar.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.















































































