UEFA Serbiyanın "Srvena Zvezda" klubunu azarkeşlərin hazırladığı performansa görə cərimələyib.
Sportnet.az xəbər verir ki, hadisə Avropa Liqasının pley-off mərhələsində Fransa "Lill"i ilə keçirilən cavab oyunundan əvvəl baş verib.
Azarkeşlər tribunalarda müqəddəs Stefan Nemanya təsviri və “Qoy imanımız sizi qələbəyə aparsın” yazısı olan böyük mozaika nümayiş etdiriblər.
UEFA bu görüntünü idman tədbiri üçün uyğun hesab etməyib və banner “idman tədbiri üçün uyğun hesab edilməyən mesajın nümayişi” və “futbolun və UEFA-nın nüfuz və bütövlüyünün zədələnməsi” kimi qiymətləndirilib. Belqrad təmsilçisinə ümumilikdə 95,5 min avro məbləğində cərimə tətbiq edilib. Bu məbləğin 40 min avrosu məhz sözügedən bannerə görədir.
Qeyd edək ki, fevralın 26-da keçirilmiş cavab matçında “Srvena Zvezda” evdə rəqibinə 0:2 hesabı ilə məğlub olub. İki oyunun nəticəsinə əsasən (1:2) Serbiya klubu turnirlə vidalaşıb.











































































