SSRİ millisinin və Moskva "Spartak"ın sabiq futbolçusu Yuri Gavrilov ürəyindən əməliyyat olunub.
Sportnet.az xəbər verir ki, veteran yarımmüdafiəçi hazırda xəstəxanadadır.
O, TASS agentliyinə açıqlamasında ürəyinə stent qoyulduğunu bildirib: “Ürəyimdən əməliyyat etdilər, stent qoyulmalı idi, hazırda xəstəxanadayam. Özümü, bilirsiniz, orta səviyyədə hiss edirəm”.
Qeyd edək ki, Qavrilov 2023-cü ildə insult keçirmişdi.
Veteran futbolçu 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, karyerası ərzində Moskvanın "Dinamo" (1976) və “Spartak” (1979) klublarının heyətində SSRİ çempionu olub. SSRİ millisində isə 47 oyuna çıxaraq 10 qol vurub.












































































