Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində final oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Syerra Leone yığması ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Azərbaycan millisinin qolunu 72-ci dəqiqədə Rahil Məmmədov vurub.
Qalib penaltilər seriyası ilə müəyyənləşib. Həlledici zərbələrdə rəqibini 9:8 hesabı ilə üstələyən meydan sahibləri turnirin qalibi olub. Syerra Leone ikinci, Sent Lüsiya isə üçüncü yeri tutub.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub. “FIFA Series - 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millinin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravalie və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdez Ceyms iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk matçda Sent Lüsiya yığması üzərində 6:1 hesablı tarixi qələbə qazanıb.
-------------------------
Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində bu gün ikinci oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, milli Syerra Leone yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq. Özbəkistandan olan hakimlər briqadasının idarə edəcəyi matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
30 mart
19:00. Azərbaycan – Syerra Leone - 1:1 (PENALTİLƏRLƏ - 9:8)
Qollar: Rahil Məmmədov, 72 - Daniel Kanu, 28
Baş hakim: Asker Najafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuja Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev
(Hakimlər briqadası Özbəkistandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, Azərbaycan millisi “FIFA Series - 2026”dakı ilk matçında Sent Lüsiya yığmasına qalib gəlib - 6:1.