sportnet.az xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb.
“Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesablı heç-heçə başa çatıb. Komandamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.








































































