21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, B qrupunda yer alan milli səfərdə Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Plovdiv şəhərindəki “Xristo Botev” stadionunda keçirilmiş görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Meydan sahibləri 82-ci dəqiqədən azlıqda oynasalar da, Azərbaycan millisi say üstünlüyündən yararlana bilməyib.
31 mart
20:00. Bolqarıstan (U-21) - Azərbaycan (U-21) - 0:0
Bolqarıstan: 23. Aleks Bojev, 2. İvaylo Videv, 4. Todor Pavlov, 3. Martin Georgiyev (17. Boris Dimitrov, 88), 15. Dimitar Papazov, 22. Asen Mitkov (k) (14. Vasil Kazaldjiyev, 78), 21. Petko Panayotov, 16. Tsvetoslav Marinov, 19. Nikolay Zlatev (9. Borislav Rupanov, 46), 10. Georgi Çorbadjiyski, 7. Georgi Lazarov
Ehtiyat oyunçular: 1. Plamen Andreyev, 5. Mixail Polendakov, 13. Kubrat Onaşi, 18. Nikola Neyçev, 20. Anton İvanov
Baş məşqçi: Todor Yançev
Azərbaycan: 12. Sadiq Məmmədzadə, 5. Emin Rüstəmov (k) (19. Əkbər Eyubov, 90+2), 3. Rüfət Abbasov, 2. Eşqin Əhmədov, 4. Elgün Dünyamalıyev, 18. Oruc Məmmədov (10. Edqar Adilxanov, 58), 15. Raul Məmmədov, 17. Hikmət Cəbrayılzadə, 23. Nihad Əhmədzadə (7. Murad Məmmədov, 75), 20. Şahin Şahniyarov (8. Emil Süleymanov, 90+2), 11. Nahid Əliyev (9. Şahin İbrahimov, 75)
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 6. Bilal İsmayılov, 13. Nuğay Rəşidov, 14. Nadir Orucov
Baş məşqi: Rəşad Eyyubov
Beləliklə, 7 oyundan sonra Bolqarıstan 11 xalla 4-cü, Azərbaycan 6 xalla 5-ci pillədə qalıb. İki komanda arasında sentyabrın 9-da Bakıda keçirilmiş qarşılaşma da heç-heçə ilə yekunlaşıb - 1:1. U-21 qrupda növbəti oyununu sentyabrın 25-də evdə Çexiya yığmasına qarşı keçirəcək.