DÇ-2026: 46 iştirakçı müəyyənləşdi – qruplar formalaşdı
2026-cı il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin yekununa əsasən final mərhələsində çıxış edəcək 48 komandadan 46-sı bəlli olub.
Sportnet.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundialda pley-off finalında qalib gələn dörd yığma da iştirakçılar sırasına qoşulub.
Hazırda turnirin qrup mərhələsinin tərkibi belədir:
A qrupu: Meksika, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çexiya*
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina*
C qrupu: Braziliya, Mərakeş, Haiti, Şotlandiya
D qrupu: ABŞ, Paraqvay, Avstraliya, Türkiyə*
E qrupu: Almaniya, Kurasao, Kot-d’İvuar, Ekvador
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç*
G qrupu: Belçika, Misir, İran, Yeni Zelandiya
H qrupu: İspaniya, Kabo-Verde, Səudiyyə Ərəbistanı, Uruqvay
I qrupu: Fransa, Seneqal, Norveç, İraq – Boliviya cütünün qalibi
J qrupu: Argentina, Əlcəzair, Avstriya, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, DR Konqo – Yamayka cütünün qalibi
L qrupu: İngiltərə, Xorvatiya, Qana, Panama
Qeyd edək ki, “*” işarəsi ilə göstərilən komandalar vəsiqəni pley-off mərhələsindən qazanıblar.
Son iki iştirakçı isə qitələrarası pley-off oyunlarından sonra müəyyənləşəcək. Hazırda DR Konqo - Yamayka görüşü davam edir, Bakı vaxtı ilə səhər saat 7:00-da isə İraq - Boliviya görüşü başlanacaq.









































































