İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, mersisaydlıların müdafiəçisi Jeremi Frimponq dünən milli komandasının heyətində ekvadora qarşı çıxış etdiyi matçda zədələnərək meydanı tərk edib.
Niderlandlı futbolçunun zədə müddəti məlum deyil.
Qeyd edək ki, Frimponq ötən yay "Liverpul"a "Bayer Leverkuzen"dən keçmişdi









































































