"Fənərbağça"nın yarımmüdafiəçisi Edson Alvarezin geri dönüş tarixi bəlli olub.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki,fevral ayında məşq zamanı zədələnən meksikalı yarımmüdafiəçi əməliyyət olunaraq İstanbula geri dönüb.
Onun təxminən 3 həftədən sonra yaşıl meydanlara geri dönməsi gözlənilir.
Qeyd edək ki, Edson Alvarez ötən yay "Fənərbağça"ya İngiltərənin "Vest Hem" klubundan icarəyə verilib.











































































