Almaniya Bundesliqası təmsilçisi "Hoffenhaym" Ozan Kabakla bağlı yeni qərar qəbul edib.
Sportnet.az xəbər verir ki, uzunmüddətli zədədən qayıtmasına baxmayaraq yaxşı oyun sərgiləyən türkiyəli müdafiəçi klubla sözləşməsini yeniləyəcək.
Bundesliqa klubu 26 yaşlı futbolçunun müqaviləsinə 2027-ci ildə aktivləşəcək sərbəstqalma maddəsi əlavə edəcək.
Qeyd edək ki, Ozan Kabak cari mövsüm "Hoffenhaym" forması ilə meydana çıxdığı 19 matçda 4 qola imza atıb.











































































