"Liverpul"un futbolçusu Aleksandr İsak zədəsini sağaldıb.
Sportnet.az xəbər verir ki, isveçli forvard sabahdan məşqlərə qayıdacaq.
O, dekabrda "Tottenhem"lə matçda qol vurduğu anda zədələnmişdi.
27 yaşlı forvardın həftəsonu oynanacaq "Mançester Siti" ilə kubok görüşündə hazır olması gözlənilir.
Qeyd edək ki, İsak "Liverpul"a 2025-ci ilin yayında "Nyukasl"dan 150 milyon avroya transfer edilib.
















































































