Başa çatan milli fasilədən sonra FIFA-nın reytinq cədvəli yenilənib.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 3 pillə irəliləyib.
Bu göstərici ilə yığma 125-ci yerdə olan Surinam ilə 123-ci sırada olan Farel Adalarının arasında yerləşib.
Azərbaycan millisinin UEFA Millətlər Liqasında mübarizə apardığı D qrupunda olan rəqiblərindən Lixtenşteyn bir pillə geriləyərək 206-cı yerdə, Litva isə 2 pillə geriləyərək 148-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya Fransa başçılıq edir. Onlar ötən ay 2-ci yerdə olan İspaniya və 3-cü yerdə olan Argentinanı geridə qoyaraq liderliyə yüksəlib.

















































































