Bu gün Yüksək Liqada XVI turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, mərkəzi oyunda “Araz-Naxçıvan” “Baku Fire”dən güclü olub.
Fasiləyə qədər 4 cavabsız top vuran son çempion ikinci hissədə cəmi 1 dəfə fərqlənib. Blə rəqibi də fasilədən sonra qol vurmağı bacardı.
“Şuşa” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
“Lənkəran” komandası federasiyaya rəsmi müraciət edərək növbəti oyunlarda iştitak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, əyalət təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi”nin aktivinə 3 xal yazılıb.
"Lənkəran" – "Neftçi İK" - 0:5
"Araz Naxçıvan" - "Baku Fire" - 5:1
Hakimlər: Knyaz Əmiraslanov, Hidayət Feyzullayev, Ramil Namazov
Hakim-inspektor: Murad Məmmədov
Qollar: Amirhossein Rasuli, 8:39, 12:61, Eldar Zeynalov, 14:28 ö/q, Jean Karlos, 17:06, Elan Delon, 26:09 // Eldar Zeynalov, 26:52
Sarı vərəqələr: Amirhossein Rasuli, 9:21 // Murad Quluzadə, 2:41, Nurlan Məmmədov, 9:51, Rüfət Məmmədli, 32:49, Ramazan Atakişiyev, 36:49
"Olimpik Star"
"Şuşa" – U-19
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Hikmət Qafarlı
Hakim-inspektor: Azad Hüseynov














































































