"2025-ci ildə kişilərdən ibarət yığma çətin mərhələdən keçdi. Fransa və Ukrayna kimi komandalara qarşı əzmkar mübarizə apardı".
Sportnet.az-ın məlumatına görə, AFFA prezidenti Rövşən Nəcəf qurumun XXXIV Hesabat Konfransında deyib.
O bildirib ki, komandanın oyununda nizam-intizam artıb:
"Bunun nəticəsini Sent Lüsiya və Syerra Leone kimi komandalarla görüşlərdə gördük".
AFFA prezidenti "Qarabağ"ın Çempionlar Liqasındakı nailiyyətlərindən də danışaraq baş məşqçi Qurban Qurban Qurbanova təşəkkür edib.
O, 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatına da hazırlaşacaqlarını bildirib.
R.Nəcəf hakimliklə bağlı işlərin görülməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini diqqətə çatdırıb.
O, Azərbaycan futbolunun daha məsuliyyətli mərhələyə qədəm qoyduğunu da vurğulayıb.













































































